...

Şəhərdə tortlar yeni avtomobillərdə “gəzir” (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 12:48 (UTC +04:00)
Noyabrın sonlarında Bakıda tort sevənlərin sevimlisi “Çudo Peçka” mağaza-kafelər şəbəkəsinin loqosu ilə yeni avtomobillər görünməyə başlayıb.
Şəhərdə tortlar yeni avtomobillərdə “gəzir” (FOTO)

Noyabrın sonlarında Bakıda tort sevənlərin sevimlisi "Çudo Peçka" mağaza-kafelər şəbəkəsinin loqosu ilə yeni avtomobillər görünməyə başlayıb. Şirkət qənnadı və digər un məmulatlarının daşınması üçün 10 ədəd müasir avtomobil alıb.

"Biz 2011-ci ildən başladığımız "Çudo Peçka"nın reystalinqi və konsepsiyasının dəyişdirilməsi proqramımızı aktiv şəkildə davam etdiririk" deyə şirkətin rəhbəri Xəyal Abdinov bildirib: "Hazırkı etapda avtoparkımızı yeniləyirik. Aldığımız yeni avtomobillər qida məhsullarının daşınmasında sanitar tələblərə cavab verir".

Maşınların yük daşınma bölməsi iki hissədən ibarətdir. Bir hissə un məmulatlarının daşınması üçün nəzərdə tutulub, ikinci hissə isə kondisionerlə təchiz olunub ki, burada qənnadı məhsullarının daşınması üçün zəruri olan tempraturu tənzimləmək olur və tort kimi məhsullar mağazalara daşınma müddətində keyfiyyəti qorunur.

Yeni avtomobillərin alınması "Çudo Peçka" şirkətinin modernləşmə layihəsi istiqamətində növbəti addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti