...

"Bank Standard" Azərbaycanın istənilən bölgəsinə təcili pul köçürmələri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Ölkə daxilində təcili pul köçürmələrini həyata keçirmək üçün "Bank Standard" Azərbaycanın əksər yaşayış məntəqələrini əhatə edən "Monex" təcili pul köçürmələri sistemindən istifadə etməyi təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu sistem vasitəsilə müştərilər ən aşağı tariflərlə 10 dəqiqə ərzində Azərbaycanın Bakı, Ağcabədi, Astara, Bərdə, Biləsuvar, Beyləqan, Qəbələ, Qax, Gəncə, Goranboy, Zaqatala, Göyçay, Quba, Qusar, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xırdalan, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Sumqayıt, Tovuz və Yevlax şəhərlərinə pul göndərə və ya ala bilərlər.

Bundan əlavə, "Bank Standard" təcili pulköçürmə xidmətlərini "Western Union", "Xpress Money", "Private Money", "Faster", "Bıstraya Poçta", "Contact", "Migom", "Zolotaya Korona", "Blizko", "Lider", "Coinstar" və "Caspian Money Transfer" sistemləri vasitəsilə də göstərir. Təcili pulköçürmə sistemlərinin xidmətlərindən Bank Standard-ın paytaxt və regionlarındakı filiallarında faydalanmaq olar.

"Bank Standard"ın təklif etdiyi təcili pulköçürmə sistemləri haqqında daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti