...

Masazır Duz Zavodunda yeni duz məhsullarının təqdimatı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 18:43 (UTC +04:00)
Müasir avadanlıqlarla təchiz edilmiş Masazır Duz Zavodu məhsul çeşidlərini artırıb.
Masazır Duz Zavodunda yeni duz məhsullarının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Müasir avadanlıqlarla təchiz edilmiş Masazır Duz Zavodu məhsul çeşidlərini artırıb.

Zavod məhsulların təqdimatını keçirib. Bu münasibətlə media təmsilçilərindən ibarət növbəti heyətin zavoda ekskursiyası təşkil olunub. KİV təmsilçiləri zavodda istehsal prosesi və yeni məhsullarla tanış olublar. Görüş zamanı media təmsilçilərinə yeni məhsul çeşidləri, zavodun fəaliyyəti, istehsal sahələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, zavodda su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunması üçün nəzərdə tutulan tablet duzlar, heyvandarlıq təsərüfatları üçün heyvan yalama duzları da istehsal olunur.

Xatırladaq ki, Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 2010-cu il iyunun 21-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Müəssisənin açılışı Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanğıcını qoyub.

Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodu 600-ə qədər insanın məşğulluğuna şərait yaradıb.

Yodlaşdırılmış, yüksək keyfiyyətli süfrə duzu olan "Azərduz" yerli bazarlarda istehlakçıların ixtiyarına verilməklə ilk növbədə insan sağlamlığına xidmət edir. Bir sıra hökumət və qeyri-hökumət orqanlarının ölkədaxili bazarlarda yod çatışmazlığı problemi ilə mübarizə aparmalarına baxmayaraq, adıçəkilən problemin indiyə qədər mövcudluğu "Azərsun Holdinq" Şirkətlər Qrupunu bu sahə üzrə ciddi addımlar atmağa sövq etmişdi. Uzun sürən çalışmalar nəticəsində ərsəyə gələn Masazır Duz Zavodu hazırda istehsal etdiyi "Azərduz" ilə ölkə bazarlarında və satış şəbəkələrində yod çatışmazlığı problemi ilə mübarizə aparmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti