...

Azərbaycan sahibkarları Pakistanda avtonəqliyyat sərgisində iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2012 17:54 (UTC +04:00)
Pakistanın "Ecommerce Gateway Pakistan Ltd" şirkəti gələn il martın 14-16-də Pakistanın Kəraçi şəhərində 9-cu "Avtonəqliyyat Asiya 2013" adlı beynəlxalq sərgi keçirəcək.
Azərbaycan sahibkarları Pakistanda avtonəqliyyat sərgisində iştirak edəcəklər

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir C.Nəsibova/

Pakistanın "Ecommerce Gateway Pakistan Ltd" şirkəti gələn il martın 14-16-də Pakistanın Kəraçi şəhərində 9-cu "Avtonəqliyyat Asiya 2013" adlı beynəlxalq sərgi keçirəcək.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istindən verdiyi məlumata görə, Azərbaycan sahibkarları sərgiyə dəvət olunurlar.

Tədbirdə bütün dünyada avtomobil sənayesində fəaliyyət göstərən istehsalçılar bir araya toplaşaraq istehsal etdikləri məhsullar və yeni texnologiyalarla bağlı məlumat mübadiləsi həyata keçirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti