...

Bakıda ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları təşkil ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 17:43 (UTC +04:00)
Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək.
Bakıda ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları təşkil ediləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Trend-ə bildirib ki, istehlakçılar bu yarmarkalarda ərzaq və kənd təsərrüfatı mallarını bazarlarla müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, Yeni il bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan malların satışının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti