Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Axundov/
İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilib. Bu barədə Trend büroya istinadən məlumat verir.
Büro tərəfindən Azərbaycan vətəndaşına ailə üzvünün 12.09.2012-ci il tarixdə Oğuz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar 5000 manat məbləğində kompensasiya ödənişi verilib.
Kompensasiya ödənişi 14 dekabr 2012-ci il tarixdə qeyri-nağd üsulla (poçt vasitəsilə) həyata keçirilib.
Bundan əvvəl büronun icraçı direktoru Elxan Quliyevin dediyi kimi, yol-nəqliyyat hadisələrində xəsarət alan vətəndaşlar artıq bu il aprelin 18-dən kompensasiyaya görə Büroya müraciət edirlər.