Azərbaycan, Bakı, 18 dekabr /Trend/
"DəmirBank"ın aktivləri 1 dekabr 2012-ci il tarixinə 374,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 15,7 milyon manat və ya 4,4% çoxdur.
Bankdan Trend-ö verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 29,1 milyon manat və ya 11,3% artaraq 285,8 milyon manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2012-ci il tarixinə 155,4 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 dekabr 2012-ci il tarixinə 127,8 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 30,3% və ya 29,7 milyon manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 dekabr 2012-ci il tarixinə 21 milyon manat, məcmu kapitalı isə 56,7 milyon manat olub.