...

Azərbaycanda yeni qızıl emalı zavodunun tikintisi 54 milyon dollaradək vəsait tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2012 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir A.Axundov /

"Anglo-Asian Mining plc" şirkəti Azərbaycan Beynəlxalq Bankından (ABB) qızılın çən yuyulması zavodunun tikintisi üçün 30 milyon dollara yaxın vəsait cəlb edib. Bu barədə cümə günü Trend-ə şirkətin prezidenti Rza Vəziri bildirib.

Sentyabrda "Anglo Asian Mining" zavodun tikintisi üçün ABB-dan 10,5 milyon dollar məbləğində növbəti kreditin cəlb edilməsi barədə razılıq əldə edib. Kredit hesabına zavodun tikintisinin ilkin mərhələləri maliyyələşdirilir. Şirkət ilk krediti bu ilin mayında alıb. O zaman ABB həmin məqsədlər üçün 7,5 milyon dollar ayırıb. Bundan başqa, ABB şirkətə bu layihəyə əlavə olaraq 42 milyon dollar ayırmaq barədə niyyət məktubu da təqdim edib.

"Zavod 54 milyon dollar sərmayə tələb edir, lakin bundan az vəsait də lazım ola bilər. Biz zavodun tikintisi üçün ABB-dan müntəzəm olaraq 1-2 milyon dollar cəlb edə bilərik. Bugünədək biz yeni zavod üçün 30 milyon dollara yaxın vəsait cəlb etmişik. Biznes planına uyğun olaraq, bu krediti 2-2,5 il ərzində qaytara bilərik. Ümid edirəm ki, bu, daha tez baş verəcək", - Vəziri bildirib.

Gədəbəy qızıl-mis yatağında tikiləcək zavodun 2013-cü ilin martında istismara verilməsi planlaşdırılır. Artıq zavodun tikintisinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti