...

"Bank of Baku"nun "Babək" filialı açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 18:10 (UTC +04:00)
Dekabrın 25-də "Bank of Baku"nun paytaxtın Babək prospekti, 2269-cu məhəllə ünvanında ("Peugeot" avtosalonu yaxınlığında) yeni "Babək" filialı açılıb.
"Bank of Baku"nun "Babək" filialı açıldı

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Dekabrın 25-də "Bank of Baku"nun paytaxtın Babək prospekti, 2269-cu məhəllə ünvanında ("Peugeot" avtosalonu yaxınlığında) yeni "Babək" filialı açılıb.

Bankdan Trend-ə verilən məlumata görə, yeni filialın açılışı münasibətilə "Bank of Baku"nun sədr müavini Abbas İbrahimov deyib ki, "Babək" filialı insanlara daha yaxın olmaq üçün fəaliyyətə başlayır və bu strategiya davamlı olacaq: "Önümüzdəki illərdə həm Bakı şəhərində, həm də regionlarda bir neçə iri filialın açılması nəzərdə tutulur. Bundan əlavə, "Bank of Baku" bazarda innovativ satış kanallarının tətbiqi ilə həmişə seçilib. Xüsusilə 2013-cü ildə internet bankçılıq, telefon bankçılıq, "Box'ça" layihəsi, iş yerində təhlil layihəsi kimi alternativ satış kanallarımızı da inkişaf etdirməyi və bazardakı mövqeyimizi daha da gücləndirməyi nəzərdə tuturuq".

"Bank of Baku"nun "Babək" filialı bazar ertəsi - şənbə saat 9:00-dan 17:00-a kimi müştərilərin xidmətindədir. Fasilə: 13:00 - 14:00. Filial müştərilərə bütün xidmət növləri göstərir. "Bank of Baku"nun yeni "Babək" filialı müştəriləri müasir ofisində görməyə məmnun olacaq.

"Bank of Baku"nun ölkə boyunca Baş ofisi, MXD və 18 filialı fəaliyyət göstərir. "Bank of Baku"nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti