...

Azərbaycan İpoteka Fondu altıncı emissiya çərçivəsində istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2012 15:35 (UTC +04:00)
Dekabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat dəyərində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanılır.
Azərbaycan İpoteka Fondu altıncı emissiya çərçivəsində istiqrazların yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir C.Nəsibova/

Dekabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat dəyərində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanılır. Bu barədə cümə axşamı Trend-ə BFB-dən məlumat veriblər.

İstiqrazlar 100 faiz qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin cari ayda qeydə aldığı AİF-in hər birinin nominal dəyəri 1000 manat və illik dərəcəsi 3 faiz olan 40 milyon manat həcmində faizli, təmin edilmiş istiqrazlarının 6-cı emissiyası çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti