...

Azərbaycan gömrüyü dövlət büdcəsinə 1,4 milyard dollar köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Yanvar 2013 13:05 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) noyabrda gömrük rüsümları və vergilərinin yığılması sayəsində dövlət büdcəsinə 104,23 milyon manat köçürüb.
Azərbaycan gömrüyü dövlət büdcəsinə 1,4 milyard dollar köçürüb

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) noyabrda gömrük rüsümları və vergilərinin yığılması sayəsində dövlət büdcəsinə 104,23 milyon manat köçürüb. Bu barədə çərşənbə günü Trend-ə Komitədən məlumat verilib.

Noyabrda gömrük rüsumlarından daxilolmalar 7,59 milyon manat, idxal edilən malların ƏDV-si 87,54 milyon manat, aksizlər üzrə 7,67 milyon manat, yol vergisi üzrə 1,44 milyon manat təşkil edib.

Ümumilikdə, 11 ay ərzində DGK-nın dövlət büdcəsinə köçürmələri 1,09 milyard manatı ötüb.

2011-ci il üçün DGK xətti üzrə ödənişlərin proqnozu 1,14 milyard manat məbləğində müəyyənləşdirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti