...

Azərbaycan gömrüyü 2012-ci ildə dövlət büdcəsinə köçürmələr üzrə proqnozu artıqlaması ilə yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 12:07 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dekabrda gömrük rüsümları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 116,23 milyon manat köçürüb.
Azərbaycan gömrüyü 2012-ci ildə dövlət büdcəsinə köçürmələr üzrə proqnozu artıqlaması ilə yerinə yetirib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dekabrda gömrük rüsümları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 116,23 milyon manat köçürüb. Bu barədə çərşənbə günü Trend-ə Komitədən məlumat verilib.

Dekabrda gömrük rüsumlarından daxilolmalar 13,51 milyon manat, idxal edilən malların ƏDV-si 95,18 milyon manat, aksizlər üzrə 6,08 milyon manat, yol vergisi üzrə 1,46 milyon manat təşkil edib.

Ümumilikdə, DGK ölkənin dövlət büdcəsinə köçürmələri 2012-ci il üzrə 1,2 milyard manat səviyyəsində müəyyənləşdirilən proqnozu ötüb.

2011-ci il üçün DGK xətti üzrə ödənişlərin 1,14 milyard manat məbləğində proqnozu da yerinə yetirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti