...

Azərbaycanda sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabineti sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə NK-nın çərşənbə günü rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

Qayda Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiqlənib.

Qayda müsabiqədə iştirakın şərtlərini, əsas prinsipləri və dövlət sifarişinin verilməsi prosesinin təşkilinin formalarını, müsabiqənin keçirilməsi üzrə komissiyanın təşkilini, komissiyanın iş qaydasını, müsabiqənin keçirilməsi qaydalarını, dövlət sifarişlərinin icrası üzərində nəzarəti, mübahisələrin müzakirə qaydaları, həmçinin sosial xidmətin sifarişi üzrə müqaviləni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti