...

Azərbaycan kənd təsərrüfatı subsidiyalarından istifadənin səmərəliliyini artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2013 18:38 (UTC +04:00)
Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizminin dəyildirilməsi üzrə müxtəlif təkliflər müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
Azərbaycan kənd təsərrüfatı subsidiyalarından istifadənin səmərəliliyini artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizminin dəyildirilməsi üzrə müxtəlif təkliflər müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Müvafiq strukturlar mümkün variantları müzakirə edirlər. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün mühərrik yağı və yanacağın alınmasına görə subsidiyalar yayda verilməyə başlanılır, güzəştli şərtlərlə mineral gübrə və toxumların əldə edilməsi üçün subsidiyalar isə qışda verilir. Bundan başqa, təkliflərdən biri taxıl istehsalçılarına qarşı tələblərin irəli sürülməsidir. Burada məqsəd onların istifadə etdikləri toxumların növlərini göstərmələridir", - Abasov qeyd edib.

Onun sözlərinə görə, mexanizmin dəyişdirilməsi subsidiyaların həcminin azaldılması anlamına gəlmir, bu addım vəsaitlərdən səmərəli istifadənin artırılmasına yönəldilib.

Abasovun başçılıq etdiyi müvafiq dövlət komissiyasının cümə günü qəbul etdiyi qərara əsasən, 2013-cü ildə 158 min kənd təsərrüfatı məhsulu istehsalçısına 24,89 milyon manat həcmində subsidiya veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti