...

Sloveniyanın Baş nazirinin müavini AzMeCo zavoduna səfər edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 14:31 (UTC +04:00)
Yanvarın 16-da Sloveniya Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav Azərbaycana səfəri çərçivəsində AzMeCo şirkətinə məxsus Qaradağda yerləşən metanol zavoduna səfər etmişdir.
Sloveniyanın Baş nazirinin müavini AzMeCo zavoduna səfər edib (FOTO)

Yanvarın 16-da Sloveniya Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav Azərbaycana səfəri çərçivəsində AzMeCo şirkətinə məxsus Qaradağda yerləşən metanol zavoduna səfər etmişdir. Baş nazirinin müavinini bu səfər zamanı Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri cənab Qalib İsrafilov müşayiət etmişdir.

Qonaqların zavoda səfəri metanol kompleksi ilə tanışlıqdan başlayıb. AzMeCo metanol zavodunda görülən işlərlə tanış olan Radovan Zerjav kompleksin müxtəlif sahələrində və en son texnologiya ilə təchiz edilmiş idarəetmə otağında olub. Qonaq metanol zavodu kimi mürəkkəb bir kompleksin Azərbaycanda yerli şirkət tərəfindən uğurla inşa olunmasından heyrətləndiyini ifadə edib. Qeyd etmək lazımdır ki, Zerjav 1981-ci ildə Sloveniyada tikilən metanol zavodunun rəhbəri vəzifəsində çalışmışdır.

Baş nazirin müavini metanol zavodunun Azərbaycan iqtisadiyyatı üçün mühüm bir layihə olduğunu qeyd etmiş və ölkənin davamlı iqtisadi inkişafına öz töhfəsini verəcəyindən əmin olduğunu bildirmişdir O, gələcəyin alternativ enerji mənbəyi hesab olunan metanolun məişətdə istifadə etdiyimiz demək olar ki bütün əşyaların tərkibində olduğunu vurğulamışdır. Daha sonra sloveniyalı qonaqlarla AzMeCo şirkətinin rəhbərliyi arasında işgüzar görüş keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Qeyd etmək lazımdır ki, indiyədək Mitsui, Samsung, Mitsubishi, Helm, JGC (Japan Gasoline Co.), Techint və bir sıra digər aparıcı dünya şirkətlərinin nümayəndələri və rəsmi şəxslər regionda yeganə olan AzMeCo metanol zavoduna səfər edərək bu kompleksin Azərbaycan iqtisadiyyatı üçün mühüm nailiyyət olduğunu bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti