...

Mərkəzi Bankda "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin yaradılması üzrə seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2013 17:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı tərəfindən "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı çərçivəsində həyata keçirilən "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin (CMS) yaradılması layihəsi üzrə kredit təşkilatları üçün seminar keçirilib.
Mərkəzi Bankda "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin yaradılması üzrə seminar keçirilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankı tərəfindən "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı çərçivəsində həyata keçirilən "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin (CMS) yaradılması layihəsi üzrə kredit təşkilatları üçün seminar keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, seminarın məqsədi mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq bütövlükdə bank sektorunda nağd pulla əməliyyatları real vaxt rejimində əhatə edən, mərkəzləşdirilmiş vahid informasiya bazasının və hesabatlıq sisteminin yaradılmasını nəzərədə tutan CMS-in əsas prinsipləri və kredit təşkilatlarında tətbiq olunacaq müvafiq sistemlərə inteqrasiyası ilə bağlı zəruri metodiki göstərişlərin verilməsindən ibarətdir.

Seminarda Mərkəzi Bankın baş direktoru A.Vəliyev müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər, eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

Seminarda Xəzinə departamentinin direktoru F.Ələkbərov və layihə meneceri R.Kərimli tərəfindən kredit təşkilatlarında nağd pul əməliyyatlarının CMS-ə inteqrasiya olunması ilə əlaqədar iştirakçılara təqdimat keçirilib, həmçinin tətbiq ediləcək yeni sistemə keçidlə bağlı əsas tələblər barədə məlumat verilib.

Seminarda kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin CMS layihəsi üzrə işçi qrupunun üzvləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti