...

Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2013 23:09
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir.
Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Son illər dəmir yolunda aparılan yenidənqurma və abadlıq işləri xətt boyu bütün sahələri əhatə edib. İdarə, müəssisə və təşkilatlarda yeniləşmə prosesi özünün yeni mərhələsinə qədəm qoyub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir. Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, "Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-nin rəisi Sabir Məhərrəmov, Mühafizə İdarəsinin rəisi Əsgər Həmidov iştirak etmiş, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olmuşlar.
Məlumat üçün deyək ki, Sumqayıt stansiyasının yeni inzibati binasının ümumi sahəsi 716, 58 kvadrat metrdir. Bir tədris və iclas zalı, 22 inzibati otaq və 2 mətbəxdən ibarət olan binanın seysmik dayanıqlığı 8 baldır.

İnzibati binada son tamamlama işləri başa çatdırılmış, binada müvafiq işçilər üçün yüksək komfortlu iş otaqları yaradılmış, ərazi asfaltlaşdırılmışdır.

Açılış mərasimində iştirak edənlər yeni inzibati binada yaradılan şəraitdən razılıq ifadə etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti