Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/
Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına ümumilikdə 140 milyard dollardan artıq sərmayə qoyulub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf naziri Şahin Mustafayevin "Azərbaycan" qzəetində dərc edilmiş məqaləsində deylir.
Məqalədə deyildiyi kimi, 2012-ci ildə ölkə iqtisadiyyatına 22,1 milyard dollar investisiya qoyulub ki, bunun 13,3 milyard dolları daxili, 8,81 milyard dolları isə xarici investisiyaların payına düşüb.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkədə maliyyə ehtiyatlarının artımına səbəb olub. Bu isə öz növbəsində, xarici ölkələrdə sərmayələrin qoyulmasına əlverişli şərait yaradıb.
"Hazırda Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri xarici ölkələrin neft-kimya, qaz, nəqliyyat və digər layihələrində iştirak edirlər. Xarici ölkələrdə yatırımların dinamikasında müsbət artım müşahidə olunur", - məqalədə deyilir.