Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə "Əməliyyat risklərinin idarə edilməsi" mövzusunda seminar keçirilib.
Bankdan Trend-ə verilən məlumata görə, üç gün davam edən seminarda əməliyyat risklərinin idarə edilməsinin təşkili, müəyyənləşdirilməsi alətləri, ölçülməsi, təhlili, idarəetmə tədbirləri və digər məsələlər müzakirə edilib.
Seminarın gedişində iştirakçılarla praktiki məşğələlər ("case study") aparılıb.
Seminarda risklərin idarə edilməsi üzrə kommersiya banklarının rəhbər vəzifəli şəxsləri və aparıcı risk mütəxəssisləri, habelə Mərkəzi Bankın aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak edib.