...

Azərbaycanda investisiya şirkətlərinin kapital adekvatlığına tələblər tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2013 16:09 (UTC +04:00)
Azərbaycanda Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılmış investisiya şirkətlərinin kapital adekvatlığı sahəsində normativ-hüquqi baza yaradılacaq.
Azərbaycanda investisiya şirkətlərinin kapital adekvatlığına tələblər tətbiq edilir

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Azərbaycanda Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılmış investisiya şirkətlərinin kapital adekvatlığı sahəsində normativ-hüquqi baza yaradılacaq.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, 28 yanvar - 1 fevral tarixlərində QKDK-da "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı" tvinninq layihəsi çərçivəsində "İnvestisiya şirkətləri üçün kapital tələbləri" mövzusunda Polşa Maliyyə Nəzarəti Agentliyinin və Almaniyanın Maliyyə nəzarət orqanının əməkdaşlarının iştirakı ilə seminar keçirilir.

Seminarın məqsədi Azərbaycanda investisiya şirkətlərinin kapital adekvatlığı sahəsində Aİ-nin direktivlərinə uyğunlaşdırılmış normativ-hüquqi bazanın yaradılmasıdır.

Seminarda QKDK ilə yanaşı, Bakı Fond Birjasının əməkdaşları da iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti