...

“Expressbank” ASC nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 12:16 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Expressbank” ASC-nin 14 300 107.60 AZN həcmində adi adlı sənədsiz səhmlərinin AZ1004005406 nömrəli emissiya prospekti qeydə alınıb.
“Expressbank” ASC nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 4 fevral / Trend /

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Expressbank" ASC-nin 14 300 107.60 AZN həcmində adi adlı sənədsiz səhmlərinin AZ1004005406 nömrəli emissiya prospekti qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə bankdan bildirilib.

Buraxılan emissiya çərçivəsində hər birinin nominal dəyəri 273.20 AZN olan 52 343 ədəd adı adlı sənədsiz səhmlərdir.

Səhmlərin yerləşdirilməsində anderrayter qismində " Unicapital " ASC çıxış edir. Xatırladaq ki, yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 101 707 442.40, məcmu kapitalı isə 114 036 327.60 AZN təşkil edəcək.

"Expressbank"-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar.

Həmçinin bankın Facebook sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla http://www.facebook.com/Expressbank daim bank yenililərindən xəbər tutmaq olar.

EXPRESSBANK "İşiniz rahat getsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti