...

Azərbaycan və RF arasında investisiya sazişinin olmaması qarşılıqlı kapital qoyuluşlarının artmasını ləngidir - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2013 17:11 (UTC +04:00)
Azərbaycan və Rusiya Federasiyası (RF) arasında qarşılıqlı investisiyaların qorunmasına dair sazişin olmaması qarşılıqlı kapital qoyuluşlarının həcminin artmasını ləngidir.
Azərbaycan və RF arasında investisiya sazişinin olmaması qarşılıqlı kapital qoyuluşlarının artmasını ləngidir - səfir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiya Federasiyası (RF) arasında qarşılıqlı investisiyaların qorunmasına dair sazişin olmaması qarşılıqlı kapital qoyuluşlarının həcminin artmasını ləngidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında deyib.

"Bu sazişin bağlanmasını ləngidən əsas səbəb milli sektorların müəyyənləşdirilməsi üzrə prinsipial fikir ayrılığının olmasıdır. Rusiya milli sektorlar müəyyənləşdirilmədən sazişi imzalamayacaq, Azərbaycan isə öz mövqeyindən çəkilmək istəmir. Buna görə də sahibkarlar hələlik mövcud qaydalar çərçivəsində işləməli olacaqlar", - Doroxin qeyd edib.

Onun sözlərinə görə, indiyədək rusiyalı sahibkarlar Azərbaycan iqtisadiyyatına təqribən 60-70 milyon dollar yatırıblar.

"Bu, çox az həcmdir ki, bu da Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda biznes layihələrin inkişaf imkanlarının məhdudlaşması ilə əlaqədardır. Belə ki, bu sektor hələ yenidir və inkişaf etməkdədir, həmçinin Rusiya biznesinin az imkanları var", - səfir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti