...

Göygöl və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2013 17:53 (UTC +04:00)
Fevralın 14-də Göygöl rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Göygöl rayonunda turizmin inkişaf perspektivləri” və “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzularında treninqlər keçirilmişdir.

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Fevralın 14-də Göygöl rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Göygöl rayonunda turizmin inkişaf perspektivləri" və "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzularında treninqlər keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsinin öyrənilməsinin zəruriliyi qeyd olunmuş, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə həmçinin, Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramı ("GSP+") və onun biznes üçün əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Həmin gün Şəki şəhərində Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilmişdir.

Tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmişdir.

Treninqlərdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılmış, sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti