...

"Uniforex"in "Best Trader-2" müsabiqəsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 12:43 (UTC +04:00)
"Unibank"ın "Uniforex" xidmətinin daha bir müsabiqəsi uğurla yekunlaşıb. "Unibank Trading Station"la (MT4 Ticarət Platforması) demo hesab üzərində davam edən 20 günlük müsabiqə başa çatıb.
"Uniforex"in "Best Trader-2" müsabiqəsi başa çatıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

"Unibank"ın "Uniforex" xidmətinin daha bir müsabiqəsi uğurla yekunlaşıb. "Unibank Trading Station"la (MT4 Ticarət Platforması) demo hesab üzərində davam edən 20 günlük müsabiqə başa çatıb.

Qaydalara uyğun olaraq, 3 ən yüksək demo hesab üzrə balansın sahibləri müsabiqənin qalibləri elan olunublar. 1-ci yeri Namazova Nigar, 2-ci yeri Salmanov Elvin, 3-cü yeri isə Qasımov Rəşad qazanıb. Qaliblər Unibank tərəfindən balansı 1900 dollar olan real hesabları ilə yanaşı, plastik kartlarla və digər hədiyyələrlə mükafatlandırılıblar.

"Unibank" ın xidməti olan "UNİFOREX" bu gün treyderlərə 24/7 internet banking xidmətini, plastik kartlar ilə əməliyyatlar, bonus kampaniyaları, ödənişsiz fərdi və qrup şəklində seminarlar təklif edir. "UNİFOREX" öz müştərilərinin maliyyə bazarlarına çıxışını təmin edir və gəlir əldə etmələri istiqamətində fəaliyət göstərir.

"UNİFOREX"lə real hesab açmaq üçün Unibankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Uniforex müştəriləri üçün Unibankın baş ofisində yerləşən "Unitreninq"də ödənişsiz seminar və treyninqlər də təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və www.uniforex.az saytından öyrənə bilərsiniz. Suallarınızı isə [email protected] - müştəri xidmətlərinə ünvanlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti