...

"Bank of Baku" "Bolkart" kredit kartı üzrə ödəmə müddətlərini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 15:13 (UTC +04:00)
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində nağdsız ödəmələri daha da təşviq etmək məqsədilə “Bank of Baku” ASC "Bolkart" kredit kartı üzrə ödəmə müddətlərini iki dəfə artırır.
"Bank of Baku" "Bolkart" kredit kartı üzrə ödəmə müddətlərini artırıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində nağdsız ödəmələri daha da təşviq etmək məqsədilə "Bank of Baku" ASC "Bolkart" kredit kartı üzrə ödəmə müddətlərini iki dəfə artırır.

Bankdan Trend-ə bazar ertəsi verilən məlumata görə, yalnız üç gün ərzində - 6, 7 və 8 mart tarixlərində "Bolkart"ın keçərli olduğu mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə müddəti isə 12 aya kimi artırılacaq.

Qeyd edilən üç gün ərzində müvafiq geyim, parfümeriya və aksesuar partnyorlarında "Bolkart"lılar məhsulun dəyərini bərabər hissələrlə 6 və ya 12 aya ödəyə biləcəklər. "12 aya ödə" partnyorlarında isə kampaniya ərzində ödəniş aylarının sayı 3 ay artırılır və 15 ay təyin edilir.

Bu gün "Bolkart" Azərbaycanın ən populyar kredit kartıdır. Son məlumata görə, "Bolkart"dan 65 mindən çox Azərbaycan vətəndaşı gündəlik istifadə edir. Bu kartla ölkəmizin 600-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür. "Bolkart" sahibləri kartlarından həmçinin vaxtaşırı nağd pul da çıxara bilirlər.

"Bolkart"ın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti