...

Azərbaycanın ixrac imkanları Əfqanıstanın iş adamlarına təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 18:45 (UTC +04:00)
Əfqanıstanın mərmər istehsalı, səhiyyə, aviasiya və İTK sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.
Azərbaycanın ixrac imkanları Əfqanıstanın iş adamlarına təqdim olunub

Azərbaycan, Bakı, 6 mart /Trend/

Əfqanıstanın mərmər istehsalı, səhiyyə, aviasiya və İTK sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, həmçinin Azərbaycanın biznes və investisiya mühitinə, Əfqanıstana ixrac imkanlarına və AZPROMO-nun fəaliyyətinə dair təqdimat keçirilib.

Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai Əfqanıstanın biznes mühiti və investisiya imkanları barədə məlumat verib, Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb, ölkələrimiz arasında əməkdaşlıq üçün konkret sahələr barədə təkliflərini səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti