...

Azərbaycan vətəndaşları sosial sığortanın fərdi hesablarında olan yığımlar haqqında məlumatlandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir A.Axundov/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial sığorta sistemində fərdi hesabları olan bütün vətəndaşlara bu hesablardakı vəsaitlər haqqında məlumatla birlikdə bildiriş göndərəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DSMF sədri Səlim Müslümov "Heydər Əliyev - 90: İqtisadi modernləşmə" konfransında deyib.

2013-cü il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2 266 074 nəfərin sosial sığorta üzrə fərdi hesabı var ki, bu da ötən ilin göstəricisini 15,2 faiz üstələyir.

"Fond yanında çap mərkəzi işə salınıb, burada bu bildirişlər çap ediləcək. Təbii ki, hər bir vətəndaş istənilən vaxt DSMF-nin saytında Fondda yığılan vəsaiti barədə məlumat ala bilər. Lakin hesab sahiblərinin heç də hamısının saytdan istifadə etmədiyini nəzərə alaraq, biz onlara bu yolla bildiriş göndərməyə qərar verdik", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, hər bir vətəndaşın elektron hökumət portalı vasitəsilə sosial sığorta sistemində sosial sığorta ödənişləri üzrə yığımlar barədə məlumat almaq imkanı var və bununla da hər bir vərtndaş sistemin fəal iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti