...

“AtaBank” VISA plastik kartları ilə ödəniş edənlərə hədiyyə verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 12:24 (UTC +04:00)
"VISA" kartlarının sahibləri arasında "AtaBank" və "Visa" şirkətinin keçirdiyi promo kampaniya 2013-cü il mayın 15-dək davam edəcək.
“AtaBank” VISA plastik kartları ilə ödəniş edənlərə hədiyyə verir

Azərbaycan, Bakı, 14 mart /Trend/

"VISA" kartlarının sahibləri arasında "AtaBank" və "Visa" şirkətinin keçirdiyi promo kampaniya 2013-cü il mayın 15-dək davam edəcək. Bu barədə bankdan cümə axşamı Trend-ə daxil olan məlumatda bildirlir.

15 mayadək "Neptun" marketlərində Visa kartı ilə nağdsız ödəniş edənlər xüsusi hədiyyələr qazanırlar. Qeyd edək ki, alış-verişin məbləği çox olduqca hədiyyənin dəyəri də artır.
Kompaniyada bütün VISA kartları aksiyada iştirak edə bilər. "AtaBank" ASC keçirdiyi birgə aksiya "VISA" kartlarının istifadəsi zamanı rahatlığı, sürəti və sadəliyi dəyərləndirməyə imkan verir.

VISA kartı ilə alış-veriş edərkən, hədiyyə qazan

Visa kartla 01-20 AZN ödəndikdə, kart sahibləri promoterdən soyuducu üçün maqnit əldə edəcək.

21- 50 AZN ödəndikdə, ekoloji çantalar əldə edəcək.
51- 100 AZN ödəndikdə, brend çətir və ya termo-fincan əldə edəcək.
101 AZN və daha artıq dəyərində alış-veriş edənlər, üzərində Visa logosu olan cüzdan və ya USB əldə edəcək.

Fevral ayından start götürən kampaniyada "Visa" kartı ilə "Neptun" marketlərində AtaBankın POS terminallarında nağdsız ödəniş edən 1400-ə yaxın müştəri müxtəlif hədiyyələr qazanıb.

Siz də VISA-dan hədiyyə qazanın. Dostlarınızı, tanışlarınızı və yaxınlarınızı kompaniyaya qoşulmağa dəvət edin və onların dəyərli hədiyyələr qazanmasında yardımçı olun.

"AtaBank" ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/ AtaBank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti