...

“AtaBank” ASC “Novruz şansı” müsabiqəsinə start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 10:16 (UTC +04:00)
"AtaBank" ASC 19 mart 2013-cü il tarixindən facebook səhifəsində "Novruz şansı" şuarı altında hədiyyəli kampaniyaya start verir.
“AtaBank” ASC  “Novruz şansı” müsabiqəsinə start verib

Azərbaycan, Bakı, 19 mart /Trend/

"AtaBank" ASC 19 mart 2013-cü il tarixindən facebook səhifəsində "Novruz şansı" şuarı altında hədiyyəli kampaniyaya start verir. Müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsinin qaldırmaq və onlara bu bayram günlərində sevinc hissi bəxş etməkdir.

14 gün ərzində davam edəcək müsabiqədə bir nəfər qalib müəyyən ediləcək və qalibun adı 1 aprel 2013-cü il tarixində elan olunacaq. Qalibə "AtaBank" ASC-dən balansında 100 manat olan "Visa" kartı təqdim olunacaq.

Müsabiqənin şərtləri isə cox rahatdır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı linkə daxil olmaq kifayətdir:
https://www.facebook.com/atabank

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/ AtaBank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti