...

Nardaranda sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 16:46 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirib.
Nardaranda sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Ramana qəsəbəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş tara istehsalı müəssisəsində aparılan tamamalama işlərinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 581 sahibkara 67,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 448 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, tərəvəzçilik sahəsinin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti