...

Bakı və Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair saziş artıq 2013-cü ildə imzalana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 14:17 (UTC +04:00)
Bakı və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin 2013-cü ildə imzalanacağı istisna olunmur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Aİ-nin Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib.
Bakı və Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair saziş artıq 2013-cü ildə imzalana bilər

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A. Bədəlova /

Bakı və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin 2013-cü ildə imzalanacağı istisna olunmur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Aİ-nin Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib.

"Aİ və Azərbaycan arasında viza rejiminin və readmissiyaların sadələşdirilməsinə dair danışıqların son raundu mart ayında Brüsseldə baş tutub. Güman etmək olar ki, tərəflər razılaşmanı yaxın vaxtlarda imzalaya bilərlər", o qeyd edib. Kobia bunun 2013-cü ildə baş tuta biləcəyini istisna etməyib.

Lakin o hələ çox işlərin görülməli olduğunu qeyd edib.

Kobianın sözlərinə görə, gələn həftə, aprelin 9-10-da Brüsseldə assosiativ saziş məsələsi üzrə Avropa İttifaqı və Azərbaycan nümayəndələrinin plenar iclası keçiriləcək.

Qeyd edək ki, assosiativ üzvliklə bağlı danışıqlar 2010-cu ilin iyununda başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti