...

Aİ Azərbaycana turizm sahəsində hüquqi çərçivələrin təkmilləşdirilməsində kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 18:20 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycana turizmin inkişafı üçün qanunvericilik bazasının və hüquqi çərcivələrin təkmilləşdirilməsində kömək edəcək.
Aİ Azərbaycana turizm sahəsində hüquqi çərçivələrin təkmilləşdirilməsində kömək edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Avropa İttifaqı (Aİ) Azərbaycana turizmin inkişafı üçün qanunvericilik bazasının və hüquqi çərcivələrin təkmilləşdirilməsində kömək edəcək. Bunu cümə axşamı Bakıda təqdimatı keçirilən "Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində turizmin şöbəsinin imkanlarının gücləndirilməsi" adlı yeni tvininq-layihə tələb edir. Trend-in məlumatına görə, Azərbaycanın tvininq-layihədə tərfədaşı kimi Avstriya və Litva çıxış edir.

Layihənin son məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiyası prosesində turizm sahəsinin rolunu artırmaqdır. Layihə 4 komponentdən ibarətdir: şöbənin daxili iş sturukturunu və mexanizmini təkmilləşdirmək; Azərbaycan tərəfinə turizm haqqında yeni qanun layihəsinin hazırlanması işinin başa çatdırılmasında kömək etmək; həmçinin turizm sahəsində 15 normativ-hüquqi aktın tərtib olunmasında, turizm sahəsində milli marketinq strategiyasının hazırlanmasında, turizm sənayesində çalışan əməkdaşların ixtisasının artırılması və təlimi üzrə tədbirlər planının hazırlanmasında, turizm statistikasının aparılmasının yeni sisteminin tətbiqində və ölkədə rekreasiya zonalarının modelinin yaradılmasında kömək.

Tvininq-layihənin təqdimatında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turzmin inkişafı yeni yanaşma və yeni modellər tələb edir.

"Biz bu sahənin yeni inkişaf yollarını öyrənirik və bu layihə bizə kömək edəcək. Bu gün vacib olan məsələlərdən biri bu sahənin idarə olunmasını təkmilləşdirmək, bu sistemi daha çevik etməkdir. Bu gün turizm ölkə iqtisadiyyatının diversifikasiyasında əsas istiqamətlərdən biridir. Turizm sahəsində yeni geostrateji vəziyyət bizi bu sahədə olan dəyişikliklərə daha çevik və operativ reaksiya verməyə vadar edir. İki gün əvvəl biz Ümumdünya Turizm Təşkilatından "Turizm haqqında" yeni layihə almışıq. Biz bu layihəni müzakirə edəcəyik və baxılması üçün parlamentə göndərəcəyik", - Qarayev deyib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobianın sözlərinə görə, bu layihə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin yüksək olduğunun göstəricisidir.

Kobia hesab edir ki, turzim sahəsinin ÜDM-də optimal payı 10 faizdir. Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, 2012-ci ildə Azərbaycanın turizm sənayesində ÜDM 1,1 milyard ABŞ dollarına çatıb ki, bu da ölkə ÜDM-nin 1,9 faizini təşkil edib. Turizm iqtisadiyyatında əlavə dəyərin istehsalı isə 4,12 milyard dollara (6,9 faiz) çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti