...

Azərbaycanda ətriyyat məhsullarının yoxlanılmasına başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 11:34 (UTC +04:00)
Yaxın günlərdə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi ölkədə satılan ətriyyat məhsullarının keyfiyyəti ilə bağlı yoxlamalara və reydlərə başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında komitənin Dövlət nəzarəti xidmətinin rəhbəri Əbülfət İmanov bildirib.
Azərbaycanda ətriyyat məhsullarının yoxlanılmasına başlanılacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Yaxın günlərdə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi ölkədə satılan ətriyyat məhsullarının keyfiyyəti ilə bağlı yoxlamalara və reydlərə başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında komitənin Dövlət nəzarəti xidmətinin rəhbəri Əbülfət İmanov bildirib.

Onun sözlərinə görə, bu sahə ən çox nəzarət altında olan sahələrdən biridir və yaxın günlərdə nəticələri ictimaiyyətə çatdırılacaq, yeni reydlərə başlanılacaq.

Reydlər nəticəsində standartlara uyğun olmayan məhsullar aşkarlandıqda, ilk növbədə onun satışı qadağa olunacaq, sonra isə məhv ediləcək.

Keyfiyyətsiz məhsulların satışı ilə məşğul olan sahibkarlar və vətəndaşlara qarşı isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər və cərimələr tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti