...

Azərbaycanda dörd şirkətin stimullaşdırıcı lotereya kampaniyası dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2013 11:35 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) cari ilin I rübündə müvafiq icazə olmadan 4 şirkətin keçirdiyi stimullaşdırıcı lotereya kampaniyasını dayandırıb.
Azərbaycanda dörd şirkətin stimullaşdırıcı lotereya kampaniyası dayandırılıb

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) cari ilin I rübündə müvafiq icazə olmadan 4 şirkətin keçirdiyi stimullaşdırıcı lotereya kampaniyasını dayandırıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın cari ilin I rübü üzrə faəliyyətinin nəticələrinə dair hesabatında deyilir.

Bundan başqa, lotereyaların təşkili və keçirilməsi sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1 stimullaşdırıcı lotereya təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib.

"Azərlotereya" ASC-nin müraciətlərinə əsasən, 4 yeni lotereya oyunu qeydiyyata alınaraq, bütövlükdə ASC tərəfindən keçirilən lotereyaların sayı 11-ə çatıb. 2013-cü ilin I rübü ərzində, həmçinin müxtəlif müəssisələr tərəfindən 24 stimullaşdırıcı lotereya keçirilib.

Bu dövr ərzində lotereyaların keçirilməsi üzrə qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı araşdırmaların aparılması davam etdirilib.

Lotereya biletlərinin elektron qaydada satılması ilə bağlı tənzimləmə çərçivəsinin formalaşdırılması məqsədilə "Azərlotereya" ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi Qaydaları"na dəyişikliklər hesabat dövrü ərzində təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti