...

"Atəşgah" sığorta şirkəti və Hesab.az portalı onlayn sığorta üzrə birgə layihə həyata keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 17:03 (UTC +04:00)
Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti və tanınmış veb-portal Hesab.az avtomobillərin onlayn sığortası üzrə yeni birgə layihənin həyata keçirilməsinə başlayıblar.
"Atəşgah" sığorta şirkəti və Hesab.az portalı onlayn sığorta üzrə birgə layihə həyata keçirirlər

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti və tanınmış veb-portal Hesab.az avtomobillərin onlayn sığortası üzrə yeni birgə layihənin həyata keçirilməsinə başlayıblar.

Bundan belə, "Hesab.az" portalında qeydiyyatdan keçmiş hər bir avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla icbari avtomobil sığortası (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) şəhadətnaməsini əldə edə bilər.
Xüsusi əlavənin köməyi ilə istifadəçi sığorta şəhadətnaməsinin dəyərini hesablaya biləcək və bank kartının köməyi ilə ödəniş edəcək.

Onlayn ödənişdən sonra sığorta şəhadətnaməsi "Atəşgah" SŞ-nin əməkdaşı tərəfindən 48 saat ərzində Bakı və Sumqayıt şəhərlərinə ödənişsiz olaraq sifarişçinin qeyd etdiyi yer və zamanda çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti