...

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 18:46 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi regionlarda sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Azərbaycan, Bakı, 16 may /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi regionlarda sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Mayın 16-da Lerikdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında növbəti treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumatlar verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmişdir.

Treninq iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılmışdır.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti