...

Şəkidə sahibkarlar üçün maarifləndirici treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2013 18:28 (UTC +04:00)
Mayın 17-də Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında növbəti maarifləndirici treninq keçirilmişdir.
Şəkidə sahibkarlar üçün maarifləndirici treninq keçirilib

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 17-də Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında növbəti maarifləndirici treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmış, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda təqdimat keçirilmişdir.

Treninqdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilmişdir.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti