...

Dünya Bankı “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin qiymətləndirilməsini keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2013 11:36 (UTC +04:00)
Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin Gevin Adlingtonun rəhbərlik etdiyi Tapşırıq qrupu Azərbaycanda səfərdədir.
Dünya Bankı “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin qiymətləndirilməsini keçirir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Axundov/

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin Gevin Adlingtonun rəhbərlik etdiyi Tapşırıq qrupu Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, səfərin başlıca məqsədi "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin icrasındakı son vəziyyətin, layihənin yerlərdə və regionlarda təsiri və icrasının nəticələrinin, daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi prosesinin qiymətləndirilməsindən ibarətdir.

Səfər zamanı daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsi və səmərəliliyin artırılması, müasir standartlara uyğun təkmilləşdirilməsi, elektron kadastr informasiya sisteminin yaradılması ilə bağlı layihə fəaliyyətləri müzakirə ediləcək. Eyni zamanda qeydiyyat xidmətləri, təlim-tədris planı, layihənin idarə edilməsi siyasəti, normativ-hüquqi baza, əmlak vergiləri və layihənin əhatə etdiyi digər məsələlərlə bağlı əldə olunmuş irəliləyişlər qiymətləndiriləcək.

Dünya Bankının Missiya heyəti Şəki və Qəbələ rayonlarına da səfər edib. Layihənin icrası gedişində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması, elektron xidmətlər portalının yaradılması, elektron xidmətlərin sayının tədricən artırılması, daşınmaz əmlakla bağlı müraciətlərin elektron qəbulu daşınmaz əmlakın qeydiyyatı prosesini operativ və daha etibarlı edib. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 7 günə, əmlak barədə digər arayışların verilməsi müddəti isə 1 günə endirilib. Qeydiyyat idarələri üçün mövcud binalar təmir edilib və yeni binalar tikilərək istifadəyə verilib. Layihə çərçivəsində Qəbələ, Xaçmaz və Lənkəranda ərazi idarələri tikilib. Bərdə və Beyləqan ərazi idarələrinin, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin İT Mərkəzinin tikilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti