...

Bakı Azərbaycanın investisiya perspektivlərinin müzakirəsi üzrə beynəlxalq mərkəzə çevriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2013 20:19 (UTC +04:00)
Gələn ilin mart ayında Bakıda "2020 və sonra: iqtisadi inkişafın sürətlənməsi" Azərbaycan investisiya sammiti keçiriləcək. Bu barədə Trend bazar ertəsi sammitin təşkilatçısı olan "The Economist"in saytına istinadən məlumat verir.
Bakı Azərbaycanın investisiya perspektivlərinin müzakirəsi üzrə beynəlxalq mərkəzə çevriləcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Əliyev/

Gələn ilin mart ayında Bakıda "2020 və sonra: iqtisadi inkişafın sürətlənməsi" Azərbaycan investisiya sammiti keçiriləcək. Bu barədə Trend bazar ertəsi sammitin təşkilatçısı olan "The Economist"in saytına istinadən məlumat verir.

İkigünlük sammitin gündəliyində aşağıdakı məsələlər yer alıb: "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası, ölkə iqtisadiyyatının şaxələndirilməsi proqramının əsas elementləri və iqtisadi inkişafa təsir edən tendensiyaların müzakirəsi.

Bundan başqa, sammit iştirakçıları Azərbaycanın neft-qaz sektoruna dəstək tədbirlərini, "Şahdəniz" layihəsinin ikinci mərhələsinin perspektivləri və ölkənin bu sahədə potensialını müzakirə edəcəklər.

Sammitin sessiyalarından biri Azərbaycanın kənd təsərrüfatının inkişafına və bu sahənin investisiyalar baxımından cəlbediciliyinə həsr ediləcək.

İştirakçılar, eyni zamanda, Azərbaycanda İKT sahəsindəki vəziyyəti, informasiya texnologiyalarının iqtisadiyyatın davamlı inkişafının katalizatoru kimi rolunu, habelə bu sahənin investisiya imkanlarını müzakirə edəcəklər.

Sammitin ayrıca sessiyası Azərbaycanın infrastrukturuna investisiyaların qoyuluşuna, bu sahədə əsas problemlərin öyrənilməsinə həsr ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti