...

“Unibank” yeni depozit kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2013 13:41 (UTC +04:00)
“Unibank” yeni kampaniyaya start verib. Belə ki, kampaniyanın şərtlərinə görə, avqustun 31-dək “Unibank”da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.
“Unibank” yeni depozit kampaniyasına start verib

Azərbaycan, Bakı, 29 may /Trend/

"Unibank" yeni kampaniyaya start verib. Belə ki, kampaniyanın şərtlərinə görə, avqustun 31-dək "Unibank"da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq. Bu barədə çərşənbə günü bankdan Trend-ə verilən xəbərdə bildirlir.

İllik 12%-dək yerləşdirilən, 30 min manatı ötməyən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək.

Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

"Unibank"da depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir.

12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% hesablanır.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, bankın saytından (www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti