...

Beş ayda DSMF-nin gəlirləri proqnoz göstəricisini 2,4 faiz üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 11:53 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1091,8 mln. manat təşkil etmişdir ki, bu da cari ilin proqnoz göstəricisindən 25,3 mln. manat və ya 2,4 faiz çoxdur.
Beş ayda DSMF-nin gəlirləri proqnoz göstəricisini 2,4 faiz üstələyib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1091,8 mln. manat təşkil etmişdir ki, bu da cari ilin proqnoz göstəricisindən 25,3 mln. manat və ya 2,4 faiz çoxdur. Bu barədə cümə günü fonddan Trend-ə daxil olan məlumatda deyilir.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 25,4 mln. manat və ya 4,5 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz və ya 69,9 mln. manat artaraq 594,6 mln. manat təşkil etmişdir.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,7 faizi və ya 378,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 69,3 mln. manat və ya 22,4 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20,9 faiz və ya 65,4 mln. manat yuxarı olmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 49,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 70 faiz artmışdır.

2013-cü ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 216,1 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz və ya 4,5 mln. manat artmışdır.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkanvermişdir. 2013-cü ilin yanvar-may aylarında Fondun xərcləri 1030,9 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1012,3 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,0 mln. manat və ya 1,8 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 17,1 mln. manat artaraq 988,7 mln. manat təşkil etmişdir.
2013-cü ilin yanvar-may aylarında əhaliyə 23,7 mln. manat məbləğində müavinət ödənilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti