...

Azərbaycanda istehsal olunan çörəyin keyfiyyəti ilə bağlı nəzarət gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 12:24 (UTC +04:00)
Son 20 gün ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhərində çörək məhsullarının istehsalı ilə məşğul olan müəssisələri təxminən 15 min manat məbləğində cərimələyib.
Azərbaycanda istehsal olunan çörəyin keyfiyyəti ilə bağlı nəzarət gücləndirilir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

Son 20 gün ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhərində çörək məhsullarının istehsalı ilə məşğul olan müəssisələri təxminən 15 min manat məbləğində cərimələyib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında komitənin Dövlət Nəzarəti Xidmətinin rəhbəri Əbülfət İmanov bildirib.

İmanovun sözlərinə görə, yalnız son 3 ay ərzində çörək məhsullarının istehsalçılarına tətbiq olunan cərimələrin ümumi həcmi 126 min manat təşkil edir: "Təbii ki, biz yalnız cərimə sanksiyaları ilə kifayətlənmirik. Əsas məqsəd bu müəsissələrin məhz yeni istehsalat texnikaları və avadanlıqlarının tətbiqi ilə istehsal prosesini lazimi səviyyəyə çatdırılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti