...

Vergilər Nazirliyi 125 minə yaxın müraciət cavablandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2013 13:11 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 124 min 605 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 208 min 798 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.
Vergilər Nazirliyi 125 minə yaxın müraciət cavablandırıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 124 min 605 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 208 min 798 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 79 min 540-ı canlı rejimdə müfəttiş-operatorlar, 45 min 65-i səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb.

Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (14,4%), elektron xidmətlər (18,8%), hesabatlar və onların doldurulma qaydaları (13,5%), qeydiyyat (11,2%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (56,5%) və dövlət büdcəsinə olan vergi borcları (26,1%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 20,2% artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 578 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,3%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,7%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 73,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti