...

Unibank: Kreditlərinizi Hesab.az-da ödəyin və sifariş edin

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 17:48 (UTC +04:00)
Nağdsız ödənişlər üzrə lider olan Unibankın müştəriləri, kredit ödənişi və sifarişi üçün çoxsaylı xidmət formalarından istifadə imkanı qazanıblar.
Unibank: Kreditlərinizi Hesab.az-da ödəyin və sifariş edin

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Nağdsız ödənişlər üzrə lider olan Unibankın müştəriləri, kredit ödənişi və sifarişi üçün çoxsaylı xidmət formalarından istifadə imkanı qazanıblar. Bank müştəriləri artıq filiallara gəlmədən, hesab.az saytından kredit ödənişlərini həyata keçirə və sifariş edə bilirlər.

Unibankın Albalı kartı sahibləri də artıq xeyli vaxdır ki, Hesab.az ödəmələr portalından onlayn ödənişlərini həyata keçirə bilirlər. Belə ki, Bankın "Albalı" taksit kartları bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Unibankdan kredit götürmək istəyənlər də hesab.az saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Hesab.az-da qeydiyyatdan keçən şəxslərə kredit sifarişi imkanı da yaradılıb. Bunun üçün "Unibankda kredit sifariş et" linkini aktivləşdirərək, verilən formanı doldurub, göndərmək lazımdır.

Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. "İnfoUnibank" mobil əlavəsinə malik iPhone və "Android" platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. Unibankın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti