...

Belçikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 18:07 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin və Belçika Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələrinin iştirakı ilə Belçikanın Valoniya regionunun Xarici Ticarət və İnvestisiya Agentliyinin qərargahında Azərbaycan-Belçika biznes forumu keçirilib.
Belçikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət edilir (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin və Belçika Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələrinin iştirakı ilə Belçikanın Valoniya regionunun Xarici Ticarət və İnvestisiya Agentliyinin qərargahında Azərbaycan-Belçika biznes forumu keçirilib.

Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə İqtisadi İnkiaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev rəhbərlik edib. Belçika tərəfdən isə ölkənin hər üç regionunun - Flandriya, Valoniya və Brüssel-paytaxt regionunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov biznes forum iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının müstəqillik illərində əldə etdiyi iqtisadi uğurlar barədə qısa məlumat verərək, Azərbaycanın Avropa İttifaqının etibarlı ticarət tərəfdaşına çevrildiyini qeyd edib və belçikalı iş adamlarını Azərbaycanı "kəşf etməyə" səsləyib. F.İsgəndərov orta və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətləri Azərbaycanda görməkdən son dərəcə məmnun olacağını vurğulayıb.

Daha sonra S.Vəliyev, AZPROMO-nun İnvestisiyaların təşviqi şöbəsinin marketinq üzrə meneceri Azər Hüseynov və AİŞ-in icraçı direktorunun müavini İlham Əliyev məruzələr və təqdimatlarla çıxış edərək, Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, cari və perspektiv iqtisadi potensialı, investisiya imkanları və turizm və digər infrastruktur layihələri barədə ətraflı məlumat verib və belçikalı iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət ediblər.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin təqdimatları ilə yanaşı, Belçikanın ən iri tikinti şirkəti olan "Besix" şirkətinin, səhiyyə sahəsində aparıcı olan "IBA" və "Orfit" şirkətlərinin də təqdimatları keçirilib.

Biznes forum ölkəmiz və ümumilikdə qarşılıqlı maraq kəsb edən layihələrlə bağlı sual-cavablar sessiyası və ziyafətlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti