...

İlin əvvəlindən Azərbaycanda sanitar normaları pozan təqribən 400 müəssisə aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 17:17 (UTC +04:00)
Azərbaycanda ilin əvvəlindən normativ tələblərə və sanitar normalara uyğun olmayan təqribən 400 istehsalat sahəsi aşkarlanıb.
İlin əvvəlindən Azərbaycanda sanitar normaları pozan təqribən 400 müəssisə aşkar edilib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycanda ilin əvvəlindən normativ tələblərə və sanitar normalara uyğun olmayan təqribən 400 istehsalat sahəsi aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov Xidmətin 2013-cü ilin 5 ayı ərzindəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib:

"2013-cü ilin ilk 5 ayı ərzində Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin müvafiq şöbələri və Ərazi idarələri tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün 619 sərəncam verilib. Aparılmış yoxlamaların 280-i ərzaq məhsullarının istehsalına, 191-i qeyri-ərzaq məhsullarının istehsalına, 148-i metroloji nəzarətə aid olub. Bunlardan 58-i tibb müəssisələrində göstərilən xidmət səviyyəsinə nəzarət, 61-i çörəyin keyfiyyətinin yüksəldilməsi ilə bağlı çörək istehsalı müəssisələrində nəzarətin payına düşür".

Onun sözlərinə görə, aparılmış yoxlamalar nəticəsində 393 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən və antisanitariya şəraitində məhsul istehsal olunduğuna görə müəssisələrə 393 iradnamə və istehsalın qadağan olunması barədə 212 partiya tələbnaməsi, 87 sahibkarlıq subyektində məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib.

İmanov qeyd edib ki, ümumilikdə 134 sahibkarlıq subyektində protokol tərtib edilib, bunlardan 50-nə xəbərdarlıq edilib, 29-u aidiyyəti üzrə məhkəmə icraçılarına göndərilib: "Tətbiq olunmuş cərimələrin miqdarı ümumilikdə 115 500 manat olub".

Bundan başqa, Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23 980 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 219 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti