...

"Uniforex" xidmətinin aylıq ticarət dövriyyəsi 350 milyon dollara qədər yüksəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 18:07 (UTC +04:00)
Cəmi 1 il bundan öncə "Unibank" yeni bir məhsulunu müştərilərin ixtiyarına verdi və bununlada Azərbaycan Forex məkanında yeni bir Forex brendin təməli qoyuldu.
"Uniforex" xidmətinin aylıq ticarət dövriyyəsi 350 milyon dollara qədər yüksəlib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Cəmi 1 il bundan öncə "Unibank" yeni bir məhsulunu müştərilərin ixtiyarına verdi və bununlada Azərbaycan Forex məkanında yeni bir Forex brendin təməli qoyuldu. Qısa müddətə müştərilərin etibarını qazanan Uniforex, bir il ərzində müxtəlif yenilikləri ilə müştərilərini sevindirib. Ötən bir ildə Uniforex tərəfindən Azərbaycan Forex məkanında ilk dəfə Forex 24/7 xidməti, İnternet Banking, plastik kartlarla əməliyyatlar, bonus kampaniyaları, ödənişsiz seminarlar və digər yeniliklər təqdim edilib.

İlk aylarında artıq 100-cü müştərisini qəbul edən və aylıq ticarət həcmini 350 000 000 USD-yə qaldıran "Uniforex"ə, müştərilərinin inamı və etibarı hər gün daha da artmaqdadır. Forex ticarətində əsas amillərdən biri ticarət platformasıdır ki, burada da Unibank (MT4 ticarət platforması) Trading Station 100-dən artıq valyuta növləri, qiymətli metallar, neft, CFD və başqa məhsulları özündə cəmləşdirir.

"Unibank"ın "Uniforex" xidmətinin 1 il münasibəti ilə müştərilərini hədiyyələr gözləyir.İyul ayının 20-dək açılan forex hesabların hər birinə MasterCard Forex plastik kartı və hesab növündən aslı olaraq 10% -lik bonus kampaniyası hədiyyə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti