...

İtaliyanın iş adamları Azərbaycanda səfərdə olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 14:19 (UTC +04:00)
İyunun 12-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İtaliya iş adamları ilə görüş keçirilib.
İtaliyanın iş adamları Azərbaycanda səfərdə olublar

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

İyunun 12-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İtaliya iş adamları ilə görüş keçirilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyindən cümə axşamı daxil olan məlumatda deyilir.

Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.

İtaliya biznes heyətin rəhbəri Alfredo Mantika ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.

Görüş zamanı işgüzar əlaqələrin inkişafına dair müzakirələr aparılmış, Azərbaycanın investisiya imkanları barədə italiyalı iş adamlarına məlumat verilmiş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti