...

IFC Azərbaycanda yoxlamalar reyestrinin yaradılmasına kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 16:48 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) yoxlamalar reyestrinin yaradılmasında Azərbaycana kömək edəcək.
IFC Azərbaycanda yoxlamalar reyestrinin yaradılmasına kömək edəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Axundov/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) yoxlamalar reyestrinin yaradılmasında Azərbaycana kömək edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə IFC-nin ölkəmizdəki nümayəndəsi Aliyə Əzimova çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının 4-cü qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi IFC-nin iştirakı ilə hazırlanıb: "Hazırda korporasiya və Azərbaycan arasında əməkdaşlığın prioritet istiqaməti sahibkarların icazəsi ilə onların yoxlanılması barədə vəziyyətin yaxşılaşdırılmasıdır".

Yeni qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını yaratmaq, həmçinin bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdır. Sənəddə bildirilir ki, bu qanun layihəsinin tələblərinə uyğun olmayan yoxlamalar hüquqi qüvvəyə malik deyil.

Qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq, yoxlamaların aparılması tezliyi müəyyən edilir. Yoxlamalar yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır.

Əzimovanın sözlərinə görə, IFC-nin 60 investisiya və 10 konsultasiya layihələri hesabına formalaşan Azərbaycandakı portfeli 0,5 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti