...

Azərbaycanda sığorta bazarının inkişafı məqsədilə qanunverici və institusional bazaların möhkəmləndirilməsi davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 13:59 (UTC +04:00)
Azərbaycan sığorta bazarının inkişafı məqsədilə qanunverici və institusional bazaların möhkəmləndirilməsini davam etdirəcək.
Azərbaycanda sığorta bazarının inkişafı məqsədilə qanunverici və institusional bazaların möhkəmləndirilməsi davam etdiriləcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir A.Axundov /

Azərbaycan sığorta bazarının inkişafı məqsədilə qanunverici və institusional bazaların möhkəmləndirilməsini davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən dördüncü beynəlxalq sığorta forumunda çıxışı zamanı maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib:

"Sığorta sektorunun inkişafı və genişlənməsi ölkədəki iqtisadi-siyasi vəziyyətlə sıx bağlıdır. Son on il ərzində Azərbaycanda ÜDM 3 dəfə artıb, yoxsulluq səviyyəsi 6 dəfə azalıb, ölkənin valyuta rezervləri və onun iqtisadiyyatına yatırılan sərmayələrin sayı əhəmiyyətli dərəcədə artıb. Belə vəziyyət xüsusilə də sığorta sektorunun inkişafına müsbət təsir göstərir".

Onun sözlərinə görə, son iki il ərzində Azərbaycanın sığorta bazarı 2 dəfə artıb, 2012-ci ildə bazar həcmi 350 milyon manata çatıb, adambaşına düşən sığorta məbləği 7 manatdan 47 manata qədər artıb: "Bu bazar müsbət templərlə, təxminən il ərzində 20 faiz artır".

Nazir bildirib ki, Bakıda keçirilən sığorta forumu müxtəlif ölkələrdən olan sığortaçılar və təkrarsığortaçılar arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı platformadır:

"Bu forum yalnız Azərbaycanda sığorta bazarının inkişaf perspektivlərinə həsr olunmayıb, eyni zamanda sığorta şirkətləri arasında biznes əlaqələrinin yaradılması üçün yaxşı alətdir".

Konfransda çıxış edən Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib: " Azərbaycanda sığorta sektorunun inkişaf templəri ölkə iqtisadiyyatının inkişaf templərini əhəmiyyətli dərəcədə ötür. Bazar 2020-ci ilə qədər bir milyard manata qədər artmaq potensialına malikdir."

Bununla yanaşı onun sözlərinə görə, ölkədə sığorta bazarı, onun strukturu, xüsusilə də kənd təsərrüfatı sığortası sahəsində mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac hələ də qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti